Lütvəli Babayev vətəndaşı intihar həddinə çatdırıb - ŞİKAYƏT

Lütvəli Babayev vətəndaşı intihar həddinə çatdırıb - ŞİKAYƏT Zərdab rayonu 20 Yanvar küçəsi ev 51 sakini 2-ci qrup Qarabağ müharibəsi əlili Osmanov Ziya Şahmurad oğlu tərəfindən xalqxeber.az-ın redaksiyasına şikayət ərizəsi daxil olub. Həmin ərizəni olduğu kimi sizlərə təqdim edirik:
Mən 2-ci qrup Qarabağ müharibəsi əlili Osmanov Ziya Şahmurad oğlu bu gün üzləşdiyim qanunsuzluğa görə Zərdab rayon icra hakimiyyətinin qarşısında haqsızlığa etiraz olaraq intihar etmək istəsəmdə qarşısı zorakılıqla alındı. Belə ki, Zərdab rayonunda öz obyektimdə çayxana fəaliyyəti göstərib qazandığım qəpik-quruşla ailəmi dolandırıdım.Üzbəüzdə olan obyektin və küçənin kanalizasiya suyu çayxanama axdığı üçün 3 ildir ki, fəaliyyətimi dayandırmışam.Bunun qarşısını alan yoxdur.Həmin üzbəüzdə yerləşən obyekt gəlinlik paltarının icarəsi və qadın bər-bərxanası Zərdab şəhər meri Hafiz Kərimova məxsusdur.Mən bu özbaşınalıq barədə dəfələrlə Zərdab rayon icra başçısı Lütvəli Babayevə müraciət etsəmdə, qəbullarında olsamda heç bir tədbir görmür.Mənə deyir ki, mənə heç kim heç nə edə bilməz get əlindən gələni yüz qaba çək. Mərkəzi orqanlara yazdığım şikayət ərizələrimdə icra olunması üçün Zərdab rayon icra başçıs Lütvəli Bbayevə göndərilsədə heç bir mənsaı yoxdur.Ali təhsilli həyat yoldaşım uşaq dərnəyində işləyirdi.Pambığ yığımına getmədiyi üçün icra başçsının göstərişi llə işdən çıxarılıb.Himayəmdə iki azyaşlı övladım var.İmkansızlıqdan bu il onlar məktəbə gedə bilməyəcək.İstəyirəm ki, onları uşaq evinə verim.Lütvəli Babayev məni çıxılmaz və acınacaqlı duruma saldığı üçün özümü öldürmə həddindəyəm.Bu gün Zərdab rayon icra hakimiyyətinin qarşısında üstümə benzin töküb yandırmaq istəsəmdə oranın əməkdaşları zorakılıqla qarşısın aldılar.Polis buna görə araşdırma aparır izahat verdim ki, onsuzda intihar edəcəm daha bezmişəm bu qədər özbaşınalıq və buna dözmək olmaz.Mən mətbuat vasitəsi ilə prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirəm mənə kömək edin 10 il zərdablılara zülm edən Lütvəli Babayevin barəsində tədbir görün.Zərdab Azərbaycanda ən geridə qalmış rayona çevrilib.

Əlaqə teıefonum; (050) 631-77-72

xalqxeber.az
Geri qayıt