Gəncə sakinləri etiraz edirlər -FOTO

Gəncə sakinləri etiraz edirlər -FOTO Gəncədə uşaqların oynaması üçün nəzərdə tutulan ərazi icra hakimiyyəti tərəfindən satılıb.

Bu barədə Gəncə şəhər sakinləri şikayət edərək bildiriblər.

Onlar iddia edirlər ki, N.Nərimanov küçəsi, 2-ci döngə ünvanında, 3 binanın arasında uşaqların oynaması üçün nəzərdə tutulan sahəni icra hakimiyyəti nümayəndələri satıb: “Hazırda həmin ərazini alan şəxs ev inşa etməyi planlaşdırır. Bu isə o deməkdir ki, uşaqlarımız oynamağa boş ərazi tapmayacaq. Həmçinin binanın qarşısına giriş-çıxışda problemlər yaranacaq. Sakinlər avtomomobili saxlamağa yer tapmayacaq və s.

Əgər onların etirazına məhəl qoyulmasa, icra hakimiyyətinə yürüş etməyi planlaşdırırlar. Sakinlər probləmləri həll olunana qədər etirazlarını davam etdirəcəklərini deyiblər.
Gəncə sakinləri etiraz edirlər -FOTO
Gəncə sakinləri etiraz edirlər -FOTO
Gəncə sakinləri etiraz edirlər -FOTO
Gəncə sakinləri etiraz edirlər -FOTO

oxu.az
Geri qayıt