Naftalan sakini əlini yerli məmurlardan üzüb - ŞİKAYƏT

Naftalan sakini əlini yerli məmurlardan üzüb - ŞİKAYƏT Naftalan şəhər sakini 2-ci qrup gənc Qarabağ müharibəsi əlili Ələkbərov Rasim Əlövsət oğlu məktubla müraciət edib. Həmin məktubu olduğu kimi təqdim edirik:
"Mən 19.03.1987-ci il tarixdə Naftalan şəhərində doğulmuşam. 7 yaşim olalnda ailəmiz dağlib. əmi-dayi himayəsində böymüşəm gələcəyə ümüdlə baxib xəyallarda sağlam xöşbəxt ailə quracağimi arzulayirdim.Rusiyada 9 illik məktəbi bitirib doğma vətənim Azərbaycana gəldim öz ərzəmlə könüllü 2005-ci ildə hərbi xitmətə getdim. 08 mart 2006- ci ildə vəzifə borcumu yerinə yetirərkən minaya düşdum Sol ayağimi amputasiya etdilər. Ayilanda tamamilə sol ayağimi olmadğini gördum. Həyatimdan talehimdən bəxtimnən küsdüm. 8 mart 2006-ci ildə etibarən dövlətimiz tərəfinən mənə 2-ci qrup əlillik və prezident təqaüdü təyin edildi. 2014-cü ildə isə bir ayağimin olmamasina baxmayaraq mənə əlillər ücün "NAZ LİFAN" marklali mexaniki maşin da verildi.
Sağ olsun dövlətimizin amma sürməklə cətinlik cəkirəm yaxşi olardi ki, avtomat karobka veriləidi. Verilən təqaütlə dolana bilmirəm cünki. yaşamaq ücün isti ocağim yoxdur. 2011-ci ildən həm Naftalan şəhər icra hakimiyətində, həmdə Azərbaycan Respubliasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 7-ci yerdə mənzil novbəsindəyəm.
Yuxarda görsətdiyim qeydiyyatda olduğum Naftalan şəhəri V.Namazov kücəsi ev 53 ünvanindan 2016-ci ilin son ayinda mənim xəbərim olamadan qeydiyyatdan cixarilmişam. O gündən gah dost-tanişin evində ,gahda cox zaman maşinda gecələyirəm. Olur ki, axşam saat 22:00 da evə gəlməli oluram utaniram gecə saatlarında dost-taniş qapisi döyüb onlari narahat etməyə .Kirayə cixiram aldiğim teqaüdlə ödəyə bilməyəndə yenə cixib maşinda geceləməli oluram.
Dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Naftalan şəhər icra hakimiyyətinə və həttda Prezident aparatina müraciət etməyimə baxmayaraq,mənə eyni cavab veriblər ki; "2014-dən 2018-ci ilədək hami kimi sənində mənzil problemin həll olacaq"
Mən hazırda Naftalan şəhərində metlax sexində yaşayıram.Buna isə yaşamaq demək çətindir.
30 yaşim var,subayam, evsizliyə görə xəyyalarimdaki xoşbəxt ailə qura bilmirəm. Mən mətbuat vasitəsi ilə Mehriban xanım Əliyevadan çox-çox xahiş edirəm mənim evsiz olmağımı, subay olduğumu, maddi cəhətdən vəziyətimi,qohum,dost-taniş himayəsində yaşadiğimi ,kücələrdə qaldiğimi nəzərə alib mənə muvəqqəti siğimacaq yaxud imkandirsa mənzil verilməsinə köməklik gostərəsiniz,bu işlə əlaqədar muvafiq qrumlara, icra orqanlarina öz təklif və tapşiriqlarinizi veresiniz

Ələkbərov Rasim Əlövsət oğlu
(051) 464 84 33
(055) 520 47 98."

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq.

xalqxeber.az
Naftalan sakini əlini yerli məmurlardan üzüb - ŞİKAYƏT
Naftalan sakini əlini yerli məmurlardan üzüb - ŞİKAYƏT
Naftalan sakini əlini yerli məmurlardan üzüb - ŞİKAYƏT
Naftalan sakini əlini yerli məmurlardan üzüb - ŞİKAYƏT
Naftalan sakini əlini yerli məmurlardan üzüb - ŞİKAYƏT
Geri qayıt