Qaxda Qarabağ əlili haqqını tələb edir - VİDEO
3 mart 2015-ci ildə Qax rayonu Qaxmuğal küçəsi ev nömrə 5-də yanğın hadisəsi baş vermişdi. 4 otaqlı ev yanar konstruksiyaları ilə birlikdə yanmışdı. Bu evdən əlavə, qonşuluqdakı 6 evə də ziyan dəymişdi. Zərərçəkmişlərdən İlqar Cəlilovun sözlərinə görə, bu yanğın Qax rayonu İşıq İdarəsində baş vermiş problemə görə çıxmışdı. Qeyd edək ki, İlqar Cəlilov 2-ci qrup Qarabağ əlilidir, prezident təqaüdçüsüdür.İlqar Cəlilov dəymiş ziyanın ödənilməsi üçün 2 ildir əziyyət çəkir. Bu problemin həllində köməyi dəyəcək bütün qurumlara müraciət etsə də, dəymiş ziyan hələ də bərpa olunmur. İlqar Cəlilovun başına gələnlər bununla yekunlaşmır. Ən yüksək dövlət qurumlarına müraciət edən şikayətçi 11 rayonun tabe olduğu işıq idarəsinin müdiri İlham Hüseynova cinayət işi açdıra bilməyib və qarşılığında bu sözləri eşidib.Ümid edirik ki, fevralın 3-ündə oxunacaq məhkəmə qərarı İlqar Cəlilovun xeyrinə olacaq və ona dəymiş ziyan son qəpiyinə qədər ödəniləcək.
Geri qayıt