Cənab nazir, bura bilirsiniz, nə qədər turist cəlb etmək olar... - FOTOLAR

Cənab nazir, bura bilirsiniz, nə qədər turist cəlb etmək olar... - FOTOLAR Tovuz rayonu Azərbaycanın qədim abidələrlə zəngin rayonlarından biridir. Rayon ərazisində hər addımda məbəd və monastırlar, qədim yaşayış məskənlərinə rast gəlmək mümkündür. Sputnik Azərbaycan-ın əməkdaşı bu dəfə qədim və sirli yaşayış məskəni olan Torpaqqalada olub.
Rayon mərkəzindən 12 km məsafədə, Kür çayının sağ sahilində yerləşən qədim şəhərgah, Aşağı Mülkülü kəndinin inzibati ərazisinə daxildir. Tarixi I minilliyə aid edilən yaşayış məskəni haqqında məlumata yazılı mənbələrdə çox az rast gəlinir. 1938-ci ildə qalada ilk dəfə araşdırma aparan sovet arxeoloqu Y.A. Paxomov buranın XI–XIII əsrlərdə Azərbaycanın həyatında böyük rol oynayan möhkəmləndirilmiş şəhər tipli yaşayış yeri olması qənaətinə gəlib.
6 hektar ərazini əhatə edən qədim şəhərgah 3 tərəfdən sıldırımla əhatə olunub, bir tərəfdən isə yalnız dar cığırın getdiyi təbii müdafiə quruluşuna malikdir. El arasında "Turan yolu" deyilən, Böyük İpək Yolu üzərində yerləşməsi buranın sürətli inkişafına təkan verib. Ərazidə, yaxınlıqda olmayan, on kilometrlərlə uzaqdan gətirilmiş nəhəng daşlardan inşa edilmiş qala, ibadətgah, su quyuları və digər tikililərin bir hissəsi hələdə qalmaqdadır. Burada dağınıq halda hər addımda rast gəlinən boyalı saxsı qab qalıqları isə üzərindən 100 illər keçməsinə baxmayaraq öz rəngini və parlaqlığını qoruyub saxlamaqdadır.
Qədim yaşayış məskəni barədə Sputnik Azərbaycana danışan həvəskar araşdırmaçı Bəhruzər Rüstəmov buranın tam araşdırılmamış abidələr siyahısına aid edir. "Torpaqqala sovetlər dövründə araşdırıldığından, milli yanaşmayla tədqiq edilməsinə çox böyük ehtiyac var. Abidə hələ ötən əsrin ortalarında dövlət qeydiyyatına alınsa da, yaxşı qorunmayıb. Yaşayış məskəninin ətrafı sovxoza əkin sahəsi kimi verilib. Tırtıllı traktorlarla ərazi atım-atım edilib. Kotana ilişən küp qəbirlər, sümüklərin hamısı əraziyə səpələnib. Hazırda da ərazidə bir neçə kəndin pay torpaqları yerləşir. Sonradan isə "qara arxeoloqlar" ərazini öz məqsədləri üçün istifadə ediblər. Özbaşına qazıntılar aparılıb. Hansısa tarixi sirri aça biləsi materiallar ya götürüb, ya da dağıdılıb".
Bəhruzər müəllim yaşayış məskənində yerləşən mistik tikililər barədə də danışıb: "Mən araşdırmalarımda çox maraqlı bir şeyə rast gəldim. Uçurumda, güman ki, ibadət yeri olan bir tikili var. Əraziyə yolu düşən ovçular, bir hissəsi salamat qalmış bu tikili istiqamətində güllə atmağın mümkün olmadığını deyirlər. Çünki həmin istiqamətdə güllə açılmır. Hətta, mübahisə edən adamlar da olub ki, sonradan sınayaraq bunun həqiqətən belə olduğunu deyiblər. Yəqin ki, bu o dövr insanlarının gizli elmlərdən agah olmaları, qravitasiyanı idarə edə bilmək bacarığı ilə əlaqədardır."
Həvəskar diyarşünas, dövrünün əsas ticarət mərkəzlərindən sayılan Torpaqqalanın XVI- XVII əsrlərədək mövcudluğunu saxladığını bildirir. Son orta əsrlərdə Böyük İpək Yolunun əhəmiyyətini itirməsi səbəbindən əhali tədricən ərazini tərk edərək, hazırkı Tovuz və Ağstafa rayonlarına yayılaraq bir neçə kəndin əsasını qoyduqlarını və şəhərin tənəzzül etməsini deyir.
Əraziyə ən axın yaşayış məntəqəsi olan Aşağı Mülkülü kənd sakinləri də yaşayış məskəninin çox tarixi sirləri aça biləcəyini deyərək, abidənin daha dəqiq araşdırılmasını istəyirlər. Mülkülülər bu gün də öz ata-baba yurdlarını unutmur, mütəmadi olaraq Torpaqqalanı ziyarət edirlər. Hələ sovetlər dövründə keçirilən 1 may həmrəylik günündə kənd camaatı rəsmi paradlara deyil, Torpaqqalaya üz tutublar. Müstəqillik dövründən sonra isə sakinlər 9 may qələbə gününü bir qayda olaraq Torpaqqalada keçirir, ata-babalarının yurd yerlərini ziyarət edir, eyni zamanda bu təbii gözəllikdən zövq alaraq istirahət edirlər.
Cənab nazir, bura bilirsiniz, nə qədər turist cəlb etmək olar... - FOTOLAR
Cənab nazir, bura bilirsiniz, nə qədər turist cəlb etmək olar... - FOTOLAR
Cənab nazir, bura bilirsiniz, nə qədər turist cəlb etmək olar... - FOTOLAR
Cənab nazir, bura bilirsiniz, nə qədər turist cəlb etmək olar... - FOTOLAR
Cənab nazir, bura bilirsiniz, nə qədər turist cəlb etmək olar... - FOTOLAR
Cənab nazir, bura bilirsiniz, nə qədər turist cəlb etmək olar... - FOTOLAR
Cənab nazir, bura bilirsiniz, nə qədər turist cəlb etmək olar... - FOTOLAR
Cənab nazir, bura bilirsiniz, nə qədər turist cəlb etmək olar... - FOTOLAR
Geri qayıt