Rüşvət sərxoş həkim ''Tovuz Mərkəzi Xəstəxanasında Rəzalət''

Rüşvət sərxoş həkim ''Tovuz Mərkəzi Xəstəxanasında Rəzalət'' Tovuz rayonu Yuxarı Öysüzlü kənd sakini 2001 ci il təvəllüdlü Cəfərov Arzuman Fərman oğlu 29.07.2017 ci tarixində gecə saatlarında ilan sancıb.Xəstə dərhal yaxınları tərəfindən Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəni Xəstəxanada Kamal adında travmatoloq qəbul edib.Xəstənin ailə üzvlərinin dediyinə görə Kamal həkim içkili vəziyyətdə olub.Özünü belə güclə idarə edən həkim xəstənin ailəsini inandırmağa çalışıb ki, hecnə olan deyil narahat olmayın.Xəstə yaxınları deyir ki, evdən güclə, həyəcanla gəldiyimiz xəstəxanada bilmədik ilan sancan balamızın dərdini çəkək yoxsa tələb olunan dərman preparatlarına pulu tapaq. Gecə ilə bizə elə orda 300 manat dərmanlara pul ödətdirdilər. Həkimə deyirəm bu qədər pul aldınız lakin uşağın ayaqları şişməyə başlayıb heç vecinə də almır içkili vəziyyətdə düzələcək deyərək bizi yola verirdi.Lakin xəstənin vəziyyətinin ağır olduğunu görüb özümüz şəxsi hesabımıza xəstəni ağır vəziyyətdə Bakı Şəhərinə çatdırdıq.Hal- hazırda vəziyyəti sabitləşib. Bizdən carəsiz vəziyyətimizdən istifadə edib aldıqları rüşvəti geri ödəsinlər.İnsanların köməksiz vəziyyətində pulun yoxdur öl deyirlər.Hər biriniz bilirsiz ki, rayonlarda vəziyyət necə iş yox, başımızı güclə saxlayırıq pulu borc alıb verdik haram xoşları olsun.
Tovuz rayon Mərkəzi Xətəxanası “rüşvət epidemiyası”na yoluxub, vətəndaşları soğan qabığı kimi soyurlar.Bütün xidmətlər ödənişlidir. Hələ ağız burun əyən tibb bacılarını demirəm iki manat verməsən liftin qapısını açmırlar. Baxmayaraq ki, dövlət səhiyyə ocaqlarında tibbi xidmət çoxdan ödənişsizdir, amma bu sərəncam quru sözdən o yana keçməyib və Hippokrat andı Tovuz Mərkəzi Xəstəxanasında çoxdan funksionallığını itirib.Baş Həkim Paşa Muradov illərdi qoyduğu bu sistemlə milləti ağlar günə qoyub.Pulumuz olmayanda həkimlər bizə ölün deyir.

Qeyd edək ki, qarşı tərəfin mövqeyini öyrənməyə çalışsaq da mümkün olmadı.

Reportyor.org
Geri qayıt