Füzuli rayonunda pambıq tədarükü məntəqəsi tikilir - FOTO

Füzuli rayonunda pambıq tədarükü məntəqəsi tikilir - FOTO Prezident cənab İlham Əliyevin respublikada ənənəvi təsərrüfat sahələri olan pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi, əhalinin bu sahənin hesabına məşğulluğunun təmin olunması barədə tapşırıqları Füzuli rayon İcra Hakimiyyətinin qarşısında duran ən vacib və strateji əhəmiyyətə malik məsələlərdəndir. Prezident cənab İlham Əliyevin ənənəvi təsərrüfat sahələri olan pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi, əhalinin bu sahənin hesabına məşğulluğunun təmin olunması barədə tapşırıqlarına uyğun olaraq Füzuli rayonda 2050 ha ərazidə pambıq əkilib. Pambıq sahələrinə lazımı aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib. Əkilmiş pambıq sahələrinin becərilməsinə minlərlə insan cəlb edilib, onların məşğulluğu təmin edilib.
xalqxeber.az xəbər verir ki, əvvəllər rayonda pamqın tədarükü məntəqəsi olmadığına görə rayonun pambıq istehsalçıları istehsal etdikləri məhsulu qonşu rayonlardakı tədarük məntəqələrinə təhvil verirdilər ki, bu da əlavə vəsait və vaxt itkisinə səbəb olurdu. Hazırda Horadiz şəhəri ərazisində 6 hektar ərazidə pambıq tədarükü məntəqəsinin tikintisinə başlanılmışdır. Yaxın günlərdə məntəqənin tikintisi başa çatacaqdır. Pambıq tədarükü məntəqəsinin işə düşməsi hesabına rayonda onlarla əlavə iş yerləri açılacaq, həm də rayonun pambıq istehsalçıları istehsal etdikləri məhsulu vaxt və vəsait itirmədən təhvil verə biləcəklər.
Füzuli rayonunda ənənəvi, strateji əhəmiyyətli və iqtisadi cəhətdən səmərəli olan baramaçılığın inkişafına da xüsusi diqqət yetirilir. Belə ki, cari ildə füzulili kümçülər tərəfindən 25 tondan artıq yaş barama istehsal edilib. Füzuli rayonu barama istehsalında respublikada ikinci nəticə əldə etmişdir. Rayonun kümçüləri qısa müddət ərzində 25 ton məhsul istehsal edərək yüksək qazanc əldə ediblər. Lakin rayonda istehsal olunan barama Şəki İpək ASC təhvil verilirdi ki, bu da əlavə vaxt itkisinə səbəb olurdu. Yaxın günlərdə Füzuli rayonunda qonşu 5 rayonu da əhatə etməklə barama qəbulu və tədarükü məntəqəsinin tikintisi nəzərdə tutulub ki, bu da həm əlavə iş yerlərinin yaranmasına həm də rayonda baramaçılığın daha da inkişaf etdirilməsinə səbəb olacaqdır.
Füzuli rayonunun pambıq və barama istehsalçıları öz işlərini ölkə başçısı cənab İlham Əliyevin Sabarabad rayonunda pambıqçılıq və baramaçılığın inkişaf etdirilməsinə dair respublika müşavirəsində qarşıya qoyduğu vəzifələr üzərində qurmaqla növbəti ildə daha çox pambıq və barama istehsal etməyi nəzərdə tuturlar.
Füzuli rayonunda pambıq tədarükü məntəqəsi tikilir - FOTO
Füzuli rayonunda pambıq tədarükü məntəqəsi tikilir - FOTO
Füzuli rayonunda pambıq tədarükü məntəqəsi tikilir - FOTO
Geri qayıt