Asif Ağayev istirahət sevdası - ŞİKAYƏT

Asif Ağayev istirahət sevdası - ŞİKAYƏT Şamaxıdan müraciət edən sahibkarlar yenə də sözügedən rayonun icra başçısı Asif Ağayevdən giley edirlər.

Narazı sahibkarlar yazır: "Zatən yerli icra hakimiyyəti sahibkarlara heç bir köməklik göstərmir, əksinə hər addımda maneçilik törətməyə çalışır, indi də üzərimizə qoyduğu əlavə öhdəliklə bizi daha da çətin duruma salır. Belə ki, davamlı şəkildə şamaxılı fermerlərə müztəlif bəhanələrlə xərac kəən icra başçısı bu dəfə də "istirahətə gedirəm" bəhanəsi ilə müavinlərini üstümüzə yollayıb, bizdən pul tələb edir".

Bununla bağlı yazan şamaxılı sahibkarların nümayəndəsi adının çəkilməməsini də rica edir: "Bilin ki, həmin an Asif Ağayev qoçularını üzərimizə yollayacaq. Dəfələrlə belə olub. Bir neçə ay əvvəl Bakıda mətbuat konfransı keçirmək istədik. Görmüsən ki, başçı buna görə problemləri həll etməyə çalışsın. Amma bizdə tərsinə oldu. Əlavə problemlərlə hər kəs susduruldu. Hamı qınına çəkilməli oldu. Şünki Asif Ağayevdən Bakıya etdiyimiz şikayətlərə də reaksiya verən yoxdur".

Qarşı tərəfi də dinləməyə hazırıq...

DİA.AZ
Geri qayıt