Füzulidə azyaşlı Zəhranın qanına qəltan edilməsi bir daha lənətləndi
- 12-07-2017, 10:26
- 124 970
Minlərlə insanın iştirak etdiyi yeddi mərasimdə Ermənistan Silahlı Qüvvələrinin Alxanlı kəndində dinc əhalini mütəmadi olaraq atəşə tutması, qadınları və azyaşlı uşaqları hədəf alması lənətlənmiş, düşmənin Alxanlıda törətdiyi hadisənin cavabsız qalmadığı vurğulanmışdır. Bildirilmişdir ki, Ermənistanın Alxanlıda dinc insanlara qarşı törətdiyi hadisəyə ordumuz tərəfindən layiqli cavab verilmiş, Sahibə Quliyevanın və azyaşlı Zəhranın qisası alınmışdır. Qeyd olunmuşdur ki, Ermənistanın Alxanlıda dinc sakinləri, xüsusilə azyaşlı uşağı qanına qəltan etməsi bütün dünyaya çatdırılmış, düşmənin insanlığa sığmayan hərəkətləri beynəlxalq təşkilatlar tərəfindən pislənilmiş və qınanmışdır.
Alxanlı kənd sakinləri bir daha düşmənin bu cür hərəkətlərindən qorxmadıqlarını, öz evlərini tərk etmədiklərini, Ali Baş Komandan, Prezident cənab cənab İlham Əliyevə, ordumuza inandıqlarını, güvəndiklərini bildiriblər.