SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Qarabağ əlili Laçının icra başçısından şikayətçi düşdü

Qarabağ əlili Laçının icra başçısından şikayətçi düşdü

Tarix:

7-07-2017, 11:07

/ 114 893 dəfə oxundu.
Qarabağ əlili Laçının icra başçısından şikayətçi düşdü

Hörmətli cənab Prezident,hörmətli Mehriban xanım sizləri işinizin cox və gərgin vaxtında narahat etdiyimiz üçün,vaxtınızı aldığımiza görə bizi üzürlü hesab edin.Bildirirəm ki, biz Qarabağ əlilləri Laçin rayon Vağazin sakinləri Qasimov Mirələm Əhliman oğlu ,Əhmədov Nadir Şükür oğlu, İsmayilov Yusif Əli oğlu,şəhid bacisi Hümbətov Bilqeyis Süleyman qizi,Laçin rayon Qarakeçdi kənd sakini və Xanlarov Mais Haci oğlu torpaqlarimiz uğrunda Qarabağ əliliyəm.Cənab Prezident sizdən bir Qarabağ əlili kimi ailəmiz və mən çox razıyam.Sizin şəhid ailələrinin,müharibə əlillərinin problemlərinin həllinə göstərdiyiniz diqqət və qayğıya görə sizə çox təşəkkür edirik.
Hörmətli Prezident ,hörmətli Mehriban xanım sizə müraciət etməyimizin səbəbi Laçın Rayon İcra Hakimiyyətinin Başçısı Aqil Nəzərli və onun ailə üzvlərinin, Laçın Rayonundan seçilmiş millət vəkili Mahir Abbasovun və onun ailə üzvlərinin ,Laçın Rayon Təhsil Şöbəsinin Müdiri Nicat Həsənovun biz laçınlı məcburi köçkünlərə etdiyi zülm və qanunsuzluqları sizin diqqətinizə çatdırmaqdır.Laçın rayonuna Aqil Nəzərlinin başçı təyin olunmasına sevindik ki,yəqin cavan olduğu üçün bizim problemlərimizə daha qayğıkeş yanaşacaqdır.Ancaq bu günə kimi nəinki problemləri həll etdi,əksinə yeni problemlər yaratdı.Biz Qarabağ əlili olaraq onun qəbuluna getdik,bizə hər hansı köməklik etməyini xahiş etdik.O isə bizə hər dəfə atası Ağaxan kişinin şəxsi təsərrüfatına köməklik etməyimizi təklif etdi.Bildirdi ki,əgər biz onun atasının və ya qardaşı Müqabil Nəzərlinin şəxsi təsərrüfatında işləsək onda bizə hər hansı maddi yardım edəcəyini bildirdi.Qeyd edək ki, icra başçısının atası və qardaşına məxsus çoxlu marketlər,yanacaqdoldurma məntəqəsi və ferması vardır.Biz ona bildirdik ki,sizin ailənizin qapısına gəlməmişik,biz icra hakimiyyətinin qəbuluna gəlmişik.İcra başçısı Aqil Nəzərli əlini göyə açıb bizə sən çörəyini Allahdan istə dedi.Hörmətli cənab prezident biz millət vəkili Mahir Abbasova eyni qaydada müraciət etdik,o isə bizə bildirdi ki,sizin 2-ci qrup əlil olmağının mənə aidiyyatı yoxdu,siz öz borcunuzu yerinə yetirmisiniz dedi.Bəli biz öz borcumu yerinə yetirmişik .Görəsən bizimlə təxminən həmyaşıd olan cənab Aqil Nəzərli və cənab Mahir Abbasov öz borclarını yerinə yetiriblərmi və yetirirlərmi.Cənab İlham Əliyev ,hörmətli Mehriban xanım sizlərin 2016-cı il aprel döyüşləri ərəfəsində cəbhə bölgəsində əhalinin içərisində olmağınız həmişəki kimi bizlərə ruh yüksəkliyi verdi.Niyə bu şəxslər sizləri özlərinə örnək görmürlər.Laçın rayon İcra Hakimiyyətinin başçısı cənab Aqil Nəzərli 2-ci qrup Qarabağ əlilini öz atasının qapısında işləməyi təklif edir.Biz İcra Başçısı Aqil Nəzərli və onun ailə üzvərinin özbaşınalıqları haqqında məlumat vermək istəyirik.Aqil Nəzərlinin işi ancaq rayonda vəzifə sahiblərini şərləməklə onlardan yüksək məbləğdə pul almaq yada onlardan məcburən ərizəsini alıb yerinə rüşvət müqabilində yenisini təyin etməkdən ibarətdir.Belə ki,Aqil Nəzərli İcra Başçısı təyin olunduğu ilk andan Laçın rayon 121 saylı seçki dairəsinin sədri Hüseyn Səfərovu yoxlatdıqdan sonra ondan 25 min (iyirmi beş min)manat rüşvət almaqla onu vəzifəsində saxlatdırdı.Üstəlik 26 sentyabr 2017-ci tarixdə keçirilən referendumda 101 məntəqənin hər biri üçün nəzərdə tutulmuş 110 manat yeməkpulunu Aqil Nəzərli mənimsəməklə həmən xərci müəsisə rəhbərlərinin üzərinə qoydu.Əgər 101 məntəqənin hər biri üçün 110 mənatdan qəbul etsək 11110 (on birmin yüz on)manat təşkil edir.Daha sonra Laçın Rayonu Mərkəzi xəstəxanasının baş həkimi Rauf İsfəndiyarovdan şərləməklə 20 min(iyirmi min) manat pul almışdır və indi Rauf həkim həmin pulu geriyə almaq istəsədə onu yenidən yoxlatmaq və ya şərləməklə hədələyir.Butun bu rüşvət əməliyyatları Aqil Nəzərlinin atası Ağaxan kişi və qardaşı Müqabil Nəzərliyə məxsus Taxta körpü ərazisində fəaliyyət göstərən “Laçın petrol”un və marketin ofisində qəbul edilir.Bütün idarə və müəsisə rəhbərlərindən yığılan rüşvərlər Müqabil Nəzərli tərəfindən yığılır.Hətta Müqabil Nəzərli çəkinmədən bildirir ki,guya qardaşının vəzifəyə gəlməsinə görə kiməsə “xərcin” çoxunu o çəkib.Ona görə o pullar hələki ona çatmalıdır.Laçın Rayon Bərdə şəhərində fəaliyyət göstərən texniki peşə liseyinin direktoru Asif İsayevi də eyni qaydada vəzifədən uzaqlaşdırmaqla və Aqil Nəzərlinin öz dayısı oğlunu onun yerinə qoymağa cəhd etsədə alınmamışdır.Hörmətli cənab prezident ,hörmətli Mehriban xanım Laçın RİH-nin başçısı Aqil Nəzərlinin nəinki fəaliyyəti yoxdur,hətta heç bir dövlət tədbirləridə keçirmir.Müəyyən vaxtlar olur ki,Daşkəsən rayonunda atasının şəxsi yaylağına getməklə guya ki, bölgələrdə əhali ilə görüşə gedir.Həftələrlə qış yataqlarında işıq ,su olmadığı üçün Laçın RİH-nin başçısı Aqil Nəzərliyə müraciət etdikdə əhaliyə Prezident Aparatını,Nazirlikləri göstərir.Bu şəxsdən soruşan yoxdur ki, siz nə işə baxırsınız.Nəzərlilərə məxsus marketlərdə ,”Laçın petrol”yanacaq doldurma məntəqəsində keyfiyyətsiz qidalar,keyfiyyətsiz yanacaq satılmaqdadır.Bu obyektlər həmişə vergidən yayınır,insanları aldatmaqla məşğuldular,kassa aparatları yoxdur.Mən Vergilər Nazirliyinə,Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinə ,İqtisadi İnkişaf Nazirliyinə bu qanunsuzluqları aşkarlayıb tədbir gorməsini xahiş edirik.
Hörmətli Prezident !Biz bir məsələni sizlərin diqqətinə çatdirmaq istərdik ki,indiki Laçin rayon İcra Hakimiyyətinin başçisi Aqil Nəzərli hələ keçmiş başçilar Ramiz Cəbrayilovun,Akif Səlimovun başçisi olan dönəmindəki o,İcra Hakimiyyətinin sosial iqtisadi məsələlər üzrə müavini Laçin rayon YAP-nin şöbəsinin rəhbəri postunu tutduğu halda özu və qardaşı Müqabil Nəzərli Alqulu İbrahimovun və digərlərinin adindan Prezident in sərəncami ilə təyin olunmuş icra başçilarindan ərizə və iftiralar yazmaqla dövlətlə əhali arasinda ajiotaj yaratmaq istəmişdir.Məhz 2016-ci ildə Alqulu İbrahimovun adindan yazilan böhtana görə o vaxt ki icra başcisi Aliqulu İbrahimovu məhkəməyə vermiş və ona məhkəmə 2800 manat cərimə kəsmişdir. Bundan təşvişə düşən Aqil Nəzərlinin atasi Ağaxan Nəzərli və qardaşi Müqabil Nəzərli, Alqulu İbrahimova pul boyun olmaqla onlarin adi ki gizli saxlanmasini xaiş etmişdilər.Daha sonra Aqil Nəzərli İcra Başçisi təyin olandan sonra da Yol İdarəsinin kecmiş müdiri rəhmətlik Musa Musayevdən Təhsil şöbəsinin müdiri Malik Vəliyevdən və digərlrindən Alqulu İbrahimova ərizə yazmağini təklif etmişdir .Ancaq Alqulu İbrahimov bundan imtina etmişdir .Hətta Yol idarəsinin müdiri Musa müəllimin rəhmətə getməsinin səbəbini özü olduğunu fəxrlə demişdir.Bu gun İcra başçisinin ailə üzvləri əhaliyə qarşi kobudluq edir,onlari şərləyir
Bunlarla yanaşı İcra Başçısının qardaşı Müqabil Nəzərli qanunuz olaraq Taxta Körpü Qəsəbə tam orta məktəbdə Psixoloq vəzifəsini zəbt edib.Onun yoldaşı Qəmbərova Pəri Yaşar qızı həmin məktəbdə adı müəllim getsədə işə çıxmır əmək haqqı alır.İcra başçısı Aqil Nəzərlinin ,Millət Vəkili Mahir Abbasovun sifarişi ilə Maliyyə Nazirliyinin Maliyyə Nəzarəti Dövlət xidmətinin 10 saylı regional idarəsinin rəisi Ədalət Nəbiyevin vasitəsilə rayon üzrə özlərinə yaxın qohumlarının məktəblərini çıxmaqla yoxlatdırıb,yeni qazanc yeri olaraq köhnə direktorların yerinə hər birindən on min (10000)manat almaqla yeni direktorlar təyin etmək istəyirlər.Təsadüfü deyildir ki,2016-cı ildə Təhsil Nazirliyində məktəb direktorlarının işə qəbul imtahanlarından keçmiş yeni yeddi (7) direktorun hər birindən Laçın Rayon Təhsil Şöbəsinin müdiri vasitəsilə iki min (2000) manat pul alınmışdır.Nədənsə Millət Vəkili Mahir Abbasovun 71 yaşlı atası Tapdıq Abbasov direktor olduğu Laçın Rayon Güləbird kənd tam orta məktəbi ,Nicat Həsənovun 2016-cı ilə qədər direktor olduğu İdman məktəbi yoxlamadan kənarda qalıb.Nəzərinizə çatdırım ki,Tapdıq Abbasov işlədiyi məktəbin 2014-cü ilə qədər olan jurnallarını yandırıb məhv edib.İndiki deputat M.Abbasov qeyri-qanuni olaraq Güləbird məktəbində Psixoloq işləməklə eyni zamanda paralel olaraq “Zaminbank”ın Gənclik filialında rəhbər vəzifəsində işləmişdir.Üstəlik Mahir Abbasovun həyat yoldaşı Əlişova Gülnaz Rüfət qızı Bakı Şəhər Nərimanov rayonunda yaşamaqla Sumqayıt şəhərində fəaliyyət göstərən Laçın rayon Güləbird kənd tam orta məktəbində qanunsuz adı gedib və əməkhaqqı alıb.Nicat Həsənovun vaxtilə direktor işlədiyi İdman məktəbində 855 dərs saatı olduğu halda heç bir fəaliyyəti olmamışdır,cəmi 68 nəfər şagirdi olan Laçın rayon Güləbird kənd tam orta məktəbinə hansı əsasla 71 yaşlı Tapdıq Abbasov yenidən müqavilə əsasında direktor saxlanmışdır.Halbuki,Laçın təhsil sistemində örnək olan simalardan biri həmişə nailiyətləri ilə nümunə olan 66 yaşlı Oqtay İsgəndərovu pul vermədiyi üçün Aqil Nəzərli və Nicat Həsənov tərəfindən direktor vəzifəsindən uzaqlaşdırılmışdır.Tapdıq Abbasovun işlədiyi Laçın rayon Güləbird kənd tam orta məktəbi isə Abbasovlar ailəsindən ibarətdir.Elə olmasaydı bu məktəbdə yoxlanılardı və ondan nə üçün 2014-cü ilə qədər məktəb jurnallarının və sənədlərinin yox edilməsi soruşulardı.Hörmətli Prezident,hörmətli Mehriban xanım Laçın RİH-nin başçısı Aqil Nəzərlinin təqdimatı ilə Rayon Təhsil Şöbəsinə müdir təyin olunan Nicat Həsənov gələn günnən öz dayısı oğlu Elbrus İsgəndərovu Təhsil şöbəsinə mühasib təyin etməklə onun vasitəsilə hər ay hər məktəbdən iki yüz(200 ) manat yığır.Hətta Nicat Həsənov çox rahatca bildirir ki,o bu vəzifəyə görə icra başçısı Aqil Nəzərliyə otuz min (30000) manat pul verib.Ona görə də o pulunu çıxartmalıdı.Laçın Rayon Təhsil Şöbəsini yoxlayan Maliyyə Nazirliyinin 10 saylı regional idarəsinin rəisi Ədalət Nəbiyev və dəstəsini bahalı xərclərlə ,yemək və qalmaq xərclərini ödəmək üçün hər məktəb direktorundan 1000-3000 manat arası pul yığmaqla ödəyir.Bunnan əvvəl 10 saylı regional Maliyyə idarəsi Laçın rayon Səhiyyə şöbəsini yoxlamış, İcra Başçısı Aqil Nəzərlinin başçılığı ilə işçilərdən pul yığılaraq Ədalət Nəbiyevi razı salmışlar.Hörmətli cənab prezident,hörmətli Mehriban xanım sizlərdən bu qanunsuzluqların qarşısının alınmasını,mənim və ailə üzvlərimin təhlükəsizliyimi təmin etməyinizi xahiş edirəm. Çünki Laçın RİH-nin başçısı Aqil Nəzərli və şəxsən Təhsil Şöbəsinin müdiri Nicat Həsənov hüquq mühafizə orqanlarında işləyən tanışlarına pul verməklə bizi və ailə üzvlərimi şərləməklə hədələyir.Bir daha bizim təhlükəsizliyimin təmin olunmasını sizlərdən xahiş edirik.

Hörmətlə: Qasımov Mirələm Əhliman oğlu(2-ci qrup Qarabağ əlili).

Tel: 050 592 20 73

xalqxeber.az
Qarabağ əlili Laçının icra başçısından şikayətçi düşdü
Qarabağ əlili Laçının icra başçısından şikayətçi düşdü
Qarabağ əlili Laçının icra başçısından şikayətçi düşdü

Şərhlər

XƏBƏR LENTİ