Füzulililər nikbindirlər Ali Baş Komandana və ordumuza inanırlar
- 5-07-2017, 10:00
- 62 230
Alı Alıyev düşmənin mülki şəxsləri hədəf alan hərəkətlərini vadalizm və vəhşilik adlandırmışdır. Bildirmişdir ki, düşmənin qadın və uşaqları hədəf alan hərəkətləri onların acizliyini və vəhşiliyini növbəti dəfə sübut edir.
Kənd sakinləri düşmənin mülki əhalini hədəf alan hərəkətlərini qətiyyətlə pisləmiş, cəbhə xəttində baş verən intensivlikdən qorxmadıqlarını Ali Baş Komandan, Prezident cənab cənab İlham Əliyevə, ordumuza inandıqlarını, güvəndiklərini bildiriblər. Alxanlı kəndində, həmçinin rayonun bütün yaşayış məntəqələrində hazırda həyat normal axarı ilə davam edir, əhali əkin-biçin və gündəlik qayğıları ilə məşğul olur. Bu rahatlıq və inam isə Azərbaycan dövlətinə və onun ordusuna inamdan qaynaqlanır.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyyələri əsasında düşmən təxribatı nəticəsində həlak olan şəxlərin dəfn xərclərini və yaralananın müalicə xərclərinin rayon İcra hakimiyyəti tərəfindən ödəniləcəyini bildirmişdir.