Ağsu sakini haqsızlıqla ÜZ-ÜZƏ... - MÜRACİƏT
- 22-07-2023, 11:38
- 1 327
"Mən, Həsənova Afət Mahir qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
3 uşaq anasıyam, adıma ev, torpaq yoxdur, amma mənə sosial yardım verilmir. Sosial Müdafiə Fondundan deyirlər ki, sənə yardım düşmür.
Özüm ciyər xəstəsiyəm, "Ciyər inistitutu”nda yatmışam, 6 ay müalicə olunmuşam. Bu səbəbdən də pensiya üçün müraciət etdim, mənə “düşmür” dedilər.
Mən başa düşə bilmirəm, evim, maşınım yoxdur, aztəmianatlı ailəyəm, yoldaşım işləmir, bir mənim maaşımla ev dolandırırıq. Bu sosial yardım kimlərə düşür, evi, maşını, pulu olanlara?
Himayəmdə azyaşlı qızım var, imkansızlıqdan onu məktəbə belə göndərə bilmirəm”.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Məsələnin araşdırılacağı bildirildi.