Hacıqabulda bir ailənin 5 üzvü dəm qazından ZƏHƏRLƏNDİ

Bölgə

Hacıqabulda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.

Xalqxeber.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib.

Fərdi yaşayış evində dəm qazı bir ailənin 5 üzvünün zəhərlənməsinə səbəb olub.

Ailə üzvləri Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.