Masallıda dağlıq ərazidə yanğın SÖNDÜRÜLDÜ
- 28-08-2022, 12:00
- 942
FHN-dən verilən xəbərə görə, yanğın nəticəsində təxminən 5,5 hektar sahədə kol-kos və ağaclar yanıb.
Sıx meşəlik ərazi yanğından mühafizə olunub.
Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzi və yerli icra hakimiyyətinin əməkdaşları, bir qrup yerli sakin iştirak edib.