Gədəbəy səhiyyəsində rəzalət - Ölüm ayağında olan xəstənin fəryadı
- 29-05-2017, 09:51
- 60 059
Ramiz Pirverdiyevin idarəçiliyinə lazımi qiyməti verməyə imkan verir. Baş həkimin yaratdığı qanunsuzluqlar Mərkəzi xəstəxananın bir növ inhisarda saxlanması da, daha çox müzakirə olunan mövzulardandır. Məsələn, məlumatlı mənbənin söylədiklərinə görə, hal-hazırda ixtisasca kordioloq olan Əlviz həkimin övladları Səbuhi və Firdovsi adlı şəxslər ali təhsilə sahib olmasalar da, bu gün hər ikisi adı çəkilən xəstəxanada həkimlik fəaliyyəti ilə məşğul olmaqdadırlar. Baxmayaraq ki, hər iki şəxs fəaliyyəti dayandırılmış ABU-nun məzunları olsalar da, tam ali təhsilə sahib ola bilməmişlər.
Yalnız fəaliyyəti dayandırılmış təhsil ocağından aldıqları arayış əsasında, bu gün Səbuhi adlı şəxs şəkər şöbəsində, Firdovsi adlı şəxs isə cərrahiyyə şöbəsində həkimlik fəaliyyəti ilə məşğul olmaqdadırlar. Belə bir hallara şərait yaradan Ramiz Pirverdiyev olur ki, yəqin ki, o, belə bir addımlarını atarkən hansısa maraqlarını təmin də və ya etdirə bilir. Bir sözlə Zərifə Əliyeva adına Gədəbəy Mərkəzi xəstəxanasında qanun şah deyil, şah qanundur prinsipi ən öndə gedən məsələlərdən biridir. Baş verən olayla bağlı bizi izləyin. Qarşı tərəfidə dinləməyə hazırıq.