Şabranda DYP reyd keçirib
- 19-06-2021, 16:31
- 570
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Daxili İşlər Nazirliyinin tədbirlər planına uyğun olaraq bölmə əməkdaşları nəqliyyat vasitələrinin qabaq yan və alın şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinin qarşısının alınması istiqamətində tədbirlər keçiriblər.
Qayda pozuntusuna yol verən sürücülər aşkarlanaraq onlarla profilaktik söhbətlər aparılıb və təyin olunmuş qaydalara ciddi riayət etmələri tapşırılıb.