Atmosferi çirkləndirən avtomobillərin sürücüləri barəsində protokol tərtib olunub
- 18-06-2021, 11:54
- 666
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı 40-dan artıq avtomobil saxlanılaraq xüsusi cihazlar vasitəsilə onlardakı zərərli qazların miqdarı yoxlanılıb. Yoxlama zamanı bəzilərinin atmosferə normadan artıq tullantı ixrac etdiyi müəyyən olunub. Həmin avtomobil sahibləri ilə yol polisi əməkdaşları izahedici söhbətlər aparılıb və ixrac qazlarının normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitələrindən istifadə etməli olduqları onların diqqətinə çatdırılıb. Standartlara cavab verməyən avtomobillərin sürücüləri barəsində inzibati qaydada tədbir görülüb.