Samuxda yabanı halda bitən çətənə kolları məhv edilib

Bölgə

Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Alabaşlı qəsəbəsi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, ümumi çəkisi 380 kiloqramdan artıq olan, 2297 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.