Kürdəmir DSMF-də özbaşınalıqlar bitib-tükənmir
- 23-01-2017, 10:07
- 4 168
Həmçinin sosial müavinətlər sektoru da olduqca bərbad gündədi. Vətəndaşlara təyin olunan birdəfəlik müavinətlərin bir hissəsi sektroun məsləhətçiləri Hamil Hidayətov və Ramil Mürsəlov tərəfindən məcburi şəkldə mənimsənilir. Vətəndaşların maarifsizliyindən, məlumatsızlığından istifadə edərək DSMF-nin Kürdəmir rayon şöbəsində hər cür fırıldaqla məşğul olurlar.
Gəlirlər sektorunda mövcud olan “maxinasiya” da digər sektorlardakından heç də geri qalmır. Sektor müdiri Şahin İsmiyevin bilavasitə diqtəsi ilə sahibkarlardan yığılan sığorta haqlarının bir hissəsi dövlət büdcəsinə keçirilsə də , böyük bir hissəsi sektorun məsləhətçilərinin ciblərinə gedir həmin pullar. Həmçinin vətəndaşlara dövlət sosial sığorta şəhadətnaməsinin , sığorta edənin uçot nömərsinin verilməsinə görə də “haqq” alınır. Halbu ki, bunların verilməsinə görə heç bir haqq tələb edilməməlidir.
Fondun işçiləri həmçinin sosial yardım almaq istəyən vətəndaşların sənədlərini VEMTAS-a daxil edilməsi və sosial yardım təyin olunacağı təqdirdə 600-1000 manat məbləğində rüşvət alırlar.
Bütün bunlar müdir Əlyunis Mütəllimovun, fondun müavini və sektor müdirlərinin diqətəsi altında reallaşır. Əldə olunan məlumata görə Ə.Mütəllimov dəfələrlə işçilrinə bildirib ki, “nə bilirsinizsə eləyin, mən heç kimdən, heç bir şikayətdən qorxmuram. Arxamda nazir Səlim Müslümov dayanıb, işinizdə olun. Bizə heç kim heç nə edə bilməz.
Artıq DSMF-nin Kürdəmir şöbəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308, 309 və 311-ci maddələri əsas verir ki, fondun hər bir işçilərinə cinayət işi açılsın. Azərbacan Respublikasının Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən təcili olaraq DSMF-nin Kürdəmir rayon şöbəsində araşdırma aparılmasını tələb edirik.