Ağdamda evi dağılan vətəndaşı RƏSMƏN ƏLƏ SALIBLAR... - İcra Başçısına rəsmi şəkildə müraciət etsə də...
- 19-05-2021, 11:05
- 509
Ağdam rayonun Zəngişalı kənd sakini Elçin Səfərov “Gözətçi”yə göndərdiyi şikayətdə bildirib ki, İkinci Qarabağ müharibəsi dövründə kəndə düşən top mərmiləri nəticəsində evi qəzalı vəziyyət halını alıb.
Ancaq onun sözlərinə görə, müharibədən sonra Rabitə MTK Tikinti şirkətinin region üzrə rəhbərliyi baxış keçirərkən evə heç bir ziyanın dəymədiyini bildirib.
Elçin Səfərov məsələ ilə bağlı dəfələrlə rayonun İcra Başçısına rəsmi şəkildə müraciət etsə də, şikayətinə baxan olmayıb.