ONLARA HƏR ZAMAN DİQQƏT VƏ QAYĞI GÖSTƏRİLİR
- 16-05-2021, 16:47
- 605
Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə keçirilən tədbir Saatlı rayonu Əlisoltanlı kəndi ərazisindəki qaçqın və məcburi köçkün şəhərciyində baş tutub. Karantin rejimi qaydaları gözlənilməklə həyata keçirilən səyyar xidmət zamanı ümumilikdə 72 vətəndaşın sənədləri qəbul edilib. Onların arasında azyaşlılar da olub.
Tədbirdə əlil və fiziki qüsurlu insanlar da diqqətdən kənarda qalmayıb. Polis əməkdaşları həmin insanların yaşadıqları ünvanlara gedərək yeni şəxsiyyət vəsiqəsi ilə təmin etmək üçün onların müvafiq sənədlərini toplayıblar.
Sakinlər onlara göstərilən bu diqqət və qayğıya görə başda DİN rəhbərliyi olmaqla, Saatlı RPŞ-nin kollektivinə öz təşəkkürlərini bildiriblər.