Göyçayda polis və AQTA əməkdaşlarının birgə iştirakı ilə monitorinq keçirilib - FOTO
- 10-05-2021, 14:13
- 657
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı icarədar, Göyçay şəhər sakini Elnur Yahyayevin işlətdiyi heyvan kəsimi məntəqəsində sanitar-gigiyenik normaların pozulması, ətlərin natəmiz sularla yuyulması aşkar edilib. Həmin şəxslə profilaktik söhbət aparılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 220.2-ci ( Yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə) maddəsi ilə protokol tərtib olunub.
Həmçinin, şəhər ərazisində baytar-sanitar ekspertizadan keçmədən ət satışı, eləcə də qayda və normalara cavab verməyən mağazalarda heyvan kəsimi ilə məşğul olan fərdi sahibkarlar aşkarlanıb. Onların da barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.