Sənədlərini Göyçay rayon Tibbi-Sosial Ekspert Komissiyasına təqdim etsə də... - GİLEY
- 6-05-2021, 10:47
- 959
Elgün Qasımov İkinci Qarabağ müharibəsi zamanı könüllü olaraq oktyabrın 5-dən Füzuli, Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 20-də Füzulidə sağ əlindən yaralanıb və əmək qabiliyyətini itirib. O, ilkin olaraq Füzuli Mərkəzi xəstəxanasında müalicə olunub. Bir gün sonra Bakıya Elmi Tədqiqat Ortopediya və Travmatologiya İnstitutuna köçürülüb. Burada “Sağ əlin dəlib-keçən odlu silah yaralanması, III-IV daraq sümüklərinin açıq, qəlpəli, yerdəyişməsi” diqaqnozu ilə müalicə alıb.
Şikayətçinin sözlərinə görə, onu daha sonra Mərdəkandakı Tibbi Reabitilasiya Xəstəxanasına göndəriblər. On iki gün orada, bir ay müddətində isə Göyçay rayon Mərkəzi Xəstəxanasında müalicəsini davam etdirib.