Füzuli rayon icra hakimiyyətində “Dəmir Yumruq” adlı filmin təqdimat mərasimi keçirilib
- 26-04-2021, 18:40
- 442
“Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən Müharibəsində rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük Qələbə müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin və Azərbaycan xalqının qələbə əzminin əyani təsdiqidir.
Azərbaycanın müxtəlif bölgələrində yaşayan azsaylı xalqların gənclərinin Vətən müharibəsində iştirakından, onların torpaqlarımız uğrunda Vətənin çağırışına necə sevgi ilə cavab verdiklərindən bəhs edən "Dəmir Yumruq” adlı sənədli film Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən maraqla izlənilib.