Neftçalada kritik vəziyyət – Mirhəsən Seyidov nə işlə məşğuldur?
- 25-04-2021, 16:05
- 728
Əhalinin bu acınacaqlı vəziyyətindən isə ayrı-ayrı işbazlar yararlanırlar. Bizə zəng edən şikayətçilər bildiriblər ki, Neftçala şəhərindən heç də uzaqda olmayan Uzunbabalı kəndində yerləşən su anbarından gətirilən su “od qiymətinə” satılır. Dövlət qurumlarına və şəxsi insanlara aid olan su maşınları ən yaxın məsafə üçün 20 manat, Neftçalanın özünə 30 manat, ətraf qəsəblərə isə 40 manata su satırlar. Hazırkı durumda isə bir təsərrüfat ortalama 2-3 maşın su işlədir ki, bu suyu almaq da təbii olaraq insanların maddi imkanları xaricinə çıxır.
Maraqlıdır ki, Neftçalanın gənc icra başçısı Mirhəsən Seyidov əhalinin bu həyat əhəmiyyətli problemlərindən kənarda yaşayır. Əgər belə olmasaydı icra başçısı dövlətə aid olan su anbarından daşınan suyun “qızıl qiymətinə” əhaliyə satılmasına iman verməzdi və işbazları cəzalandırar, fövqəladə hal olduğuna görə suyun əhaliyə pulsuz (ya da minimal qiymətlə) çatdırılmasını təmin edərdi.
Ona görə də bizə zəng edən Neftçala sakinləri haqlı olaraq sual edirlər: İcra başçısı işbazlarla şərik çalışmır ki?..
Qeyd edək ki, bəzi neftçalalılar bundan əmindirlər…
P. S. Bu gün bazar günü olduğuna görə məsələ ilə bağlı “Azərsu”nun mövqeyini öyrənə bilmədik. Sabah Neftçalada yaşanan “su bazarı” ilə bağlı daha ətraflı məlumat əldə etməyə çalışacağıq.