Oğuzda COVİD-19 xəstəsi ictimai yerdə saxlanılıb
- 12-04-2021, 10:06
- 460
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon sakini Arif İsimxanovun COVİD-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq, o, sanitar-karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. Həmin şəxs ictimai yerdə hərəkətdə olarkən polislər tərəfindən saxlanılıb və yaşadığı ünvana geri qaytarılıb.
A.İsimxanov barəsində Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.