Göyçayda toy mərasimlərinin keçirilməsinin qarşısı alınıb - FOTO
- 12-04-2021, 09:46
- 392
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Potu kənd sakini Rüfət Yaqubovun yaşadığı evdə sanitar-gigiyena və karantin qaydalarının pozulması ilə müşahidə edilən toy məclisi təşkil etdiyi aşkarlanıb. R.Yaqubov və mərasimi təşkil edənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub.
Rayonun Cəyirli və Bığır kəndlərində də Akif İbrahimxəlilov və Qiyas İbrahimova məxsus fərdi yaşayış evlərində toy mərasimlərinin keçirildiyi aşkarlanıb. Polis əməkdaşları insanların kütləvi iştirakı ilə məclis təşkil edən ev sahibləri ilə izahedici söhbətlər aparıb və həmin şəxslər barəsində qanunvericiliyin tələblərin uyğun müvafiq tədbirlər görüblər.