Balakəndə nişan mərasimi keçirənlər məsuliyyətə cəlb edilib
- 12-04-2021, 09:19
- 560
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, həmin ünvana baxış keçirilən zaman kənd sakini Səməd Abdullayevin 30-dan artıq qonağın iştirakı ilə qızına nişan mərasimi təşkil etdiyi aşkarlanıb. Polislər tərəfindən ev sahibi, qonaqlar və məclisi təşkil edən şəxslər barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.L