Qəbələdə koronavirus xəstəsi kənd ərazisində hərəkətdə olarkən saxlanılıb
- 6-04-2021, 13:26
- 903
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Qəbələ rayonu Mıxlıqovaq kənd sakini Qabil Cəlilovun COVİD-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, həmin şəxs kənd ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və yaşadığı evə geri qaytarılıb.
Q.Cəlilov barəsində Qəbələ Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.