Bu kənd bütün rayonu yönəldir... - Tovuzlular şikayətçidir
- 5-05-2017, 12:43
- 143 024
Tovuz camaatı ölkə prezidenti İlham Əliyevə bizim vasitəsitəmizlə müraciət edib. Onlar ölkə başçısından xahiş edirlər ki, Tovuz kimi böyük, əhalisi çox olan, ən əsası, Ermənistanla sərhəddə yerləşən bir rayona işgüzar, xalqa can yandıran bir kadr göndərsin. Tovuzlular bildirirlər ki, Tofiq Zeynalov kimi icra başçısı ilə bu qədər müddət yol gediblər, daha dözümləri qalmayıb.
Narazı sakinlər yazır: “Tofiq Zeynalov bu məsuliyyətli işin öhdəsindən çox pis gəlir”. Qeyd edək ki, Tofiq Zeynalov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general Ramiz Zeynalovun qardaşıdır.
Qarşı tərəfi də dinləməyə hazırıq...
dia.az