17 saylı Yİİ- nin rəisi büdcənin "altından girib üstündən çıxıb" - ŞOK İDDİA
- 23-02-2021, 17:48
- 825
Başqa bir məqamı da qeyd edək ki, Saleh Məmmədov Avtomobil Yolları Dövlət Agentliyinin sədri vəzifəsini icra etdiyi vaxtdan indiyə kimi, ölkəmizin yol infrastrukturu sahəsində heç bir ciddi islahat, heç bir müsbət addım atmayıb. Faktdır ki, bu qurumun tabeliyində fəaliyyət göstərən yol istismarı idarələri indiyə kimi üzərinə düşən vəzifələri dolğun şəkildə yerinə yetirməklə məşğul olmayıblar, əksinə onlar ayırılmış büdcə vəsaitlərinin “altına girib üstünə çevirmək”lə məşşğul olublar. Bu sırada Avtomobil Yolları Dövlət Agentliyi, Göycay17 saylı Yol İstismarı İdarəsinin adı birincilər sırasında çəkilir. Məsələn, söylənilənlərə görə bu idarənin cavan və enerjili rəisi “ATF” firmasının direktoru olan Azad Muradovun qardaşı oğlu Tehran Muradovdur və o, təkcə 2018-ci ildə Göyçay şəhərinə asfalt örtük vurulması məqsədilə ayırılmış 645 000 manat pulu elə bir formada “həzmi-rabedən” keçirir ki, həmin pulun nə izi, nə də tozu qalır. Bəzi çevrələrdə belə bir söz-söhbət də dolaşır ki, belə bir məbləğdə pula “əl qoyan” şəxslərdən biri də, məhz Göyçay Maliyyə İdarəsinin rəisi Firdovsi Rəhimov olur. Düşündürücü haldır ki, Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov və Muradov soyadını daşıyan belə bir şəxslər əlbir olduqlarından, bu gün də onlar külli miqdarda mənimsəmələri həyata keçirə bilirlər. Məsələn, hansısa ərazidə yol çəkmək üçün tender elan olunur və tenderdə iştirak edən firmalar öz təkliflərini verirlər. Tutaq ki, ilkin seçimdən 4 şirkət keçir və qaliblər yol çəkilişinə, hansısa işləri görməyə başlayırlar. O halda Göycay17 saylı Yol İstismarı İdarəsinin cavan və enerjili rəisi Tehran Muradovun bəxti “gül açır”. Çünki, bu şəxs daha çox gəlir əldə etmək üçün, məhz idarənin balansında olan texnikaları tenderdə “qalib çıxan” şirkətlərə məxsus işləri görməyə imkan yaradır. Buna da əsas səbəb, gündəlik həmin texnikalar vasitəsilə külli miqdarda gəlirlərin əldə olunmasıdır. Onu da vurğulayaq ki, həmin texnikalarla kənar işlər görülərkən onlardan hansısa biri xarab olarsa, hansısa problem əmələ gələrsə, o halda texnikaların təmiri idarənin büdcəsi hesabına ödənilir. Bu da külli miqdarda büdcə vəsaitlərinin “havaya sovrulması” demək olur.
Bütün bunlar onu göstərir ki, bu gün bir şəbəkə halında birləşmiş Saleh Məmmədov və Muradov soyadını daşıyan şəxslər, dövlətin büdcə vəsaitlərinə elə bir formada qənim kəsiliblər ki, bu haqda məlumatı olanlar “ya kar, ya da ki, kor olurlar”. Məhz, belə bir səbəblər üzündəndir ki, hazırda Göycay17 saylı Yol İstismarı İdarəsinin cavan və enerjili rəisi Tehran Muradov, məhz daşıdığı vəzifəsindən “ikiəlli yapışıb” büdcə vəsaitlərini “tarmar etmək”lə, rəhbərlik etdiyi idarənin texnikalarından təyinatı üzrə deyil, məhz şəxsi məqsədlərinin həlli üçün istifadə edir. Belə bir halların varlığı cinayət əməli yaratsa da, əslində Saleh Məmmədov “dayağı” Tehran Muradovu hər cür təhlükədən sovuşdura bilir. Çünki,...
Bu yöndə araşdırmamız davam edəcək.
xeberfakt.az