Ağstafa icra hakimiyyətində YENİ HƏBS TƏDARÜKÜ... - İDDİA

Bölgə

Ağstafa rayon icra başçısının humanitar məsələlər üzrə müavini Lalə Eyyubova istintaqa çağırılıb.

Reportyor.info-ya verilən xəbərə görə, L.Eyyubova həbs edilən sabiq başçı Nizaməddin Quliyevin işi üzrə dindirilir. İstintaqda sorğu-suala çəkilən L.Eyyubova rayondakı maliyyə yeyintiləri, rüşvət yığılması, sahibkarlardan xərac alınması barədə dindirilir.
Xəbərlərə görə Lalə Eyyubova baş nazirin birinci müavini Yaqub Eyyubovun qardaşı nəvəsidir.

Reportyor.info