Füzulidə yas mərasimləri, ehsan süfrələri necə keçirilir
- 9-02-2021, 10:12
- 885
Xatırlatmaq istəyirik ki, Füzuli rayonu ərazisində ictimai müzakirələrin nəticəsi olaraq 2014-cü ildən etibarən bütün yaşayış məntəqələrində yas mərasimləri, ehsan süfrələri təmtəraqdan uzaq, sadə və israfsız, islami qaydalara uyğun keçirilir. Son yeddi ildə keçirilən yas mərasimlərində, ehsan süfrələrində çay,qənd, halva, xurma, su və limon verilməsi məqsədəuyğun hesab edilmiş, nəticədə orta hesabla rayonda 10-12 milyon manatdan artıq vəsaitə qənaət olunmuşdur. Rayonun məcburi köçkün olan əhalisi həmin vəsaiti digər sosial problemlərinin həllinə sərf ediblər. Əgər əvvəllər yas sahibi 3, 7, 40 və cümə axşamları üçün orta hesabla 9-10 min manat pul xərcləməli olurdusa, hazırda ehsan məclislərini orta hesabla 500-1000 manatla başa çatdırılmış olur.
Rayon sakinləri bildirirlər ki, ehsan süfrələrinin sadə, təmtəraqdan uzaq keçirilməsi həm onların sağlamlığının qorunmasına - koronovirus və digər yolucucu xəstəliklərə yoluxmalarının qarşısını alır, həm də onlara maddi zərər vurmur, banklara, kredit təşkilatlarına borclu qalmalarına səbəb olmur. Rayonda ehsan məclislərindən toplanan vəsaitlə vətəndaşlar həm yas mərasimlərini yola verir, həm də mərhumun dəfn oluması, qəbrüstü abidəsinin düzəldilməsi və digər işləri yerinə yetirirlər.
Füzuli Rayon İcra Hakimiyyətinin mətbuat xidməti