Astarada karantin qaydalarını vəzifəlilər pozur... - FOTOFAKT
- 29-01-2021, 12:33
- 891
KAİM.az bildirir ki, “ASTARA- ŞAHAĢACİ-AZƏRBAYCAN” qrupunda Rashad Madatov da həmin fotonu paylaşaraq ağır sözlərlə status yazıb.
"1-ci hörmətli deputat Rəşad Mahmudov, 2-cisi deputatın böyük qardaşı və Astara İcra başcısının 1-ci müavini Allahverən Mahmudov... başa düşdük qardaşdırlar... yeyib-icirlər və bu normaldır….. Mənə cox maraqlı olan budur ki, 3 cü nəfər olan Tofiq... o Tofiq ki Astara Rayon Şeyakaran və Şahaagac kəndlərini satan bu şəxs bu 2 nəfərin yanında nə edir? Bunlar o dələduzun havadarıdırlar, yoxsa?.. Bütün Azərbaycan bilir ki, bu Tofiq mənə 250 min manatdan cox ziyan vurub, amma bunlar o "maşennik"nən yeyib-içirlər...
Mən məcburam ki, bu şəkili Cənab Prezident İlham Əliyevə göndərim…daha başqa yolumuz qalmadı...”
KAİM.az yazır ki, Astarada karantin qaydalarının deputat Rəşad Mahmudov və icra başcısının 1-ci müavini Allahverən Mahmudov tərəfindən pozulması, Azərbaycan Bayrağına hörmətsizlik sosial şəbəkə istifadəçilərini hiddətləndirib.
Qardaşların belə bir hərəkəti pislənərək, onlar haqqında qanuni ölçü götürülməsi də tələb edlib. //KAİM.az//