Qusarda bələdiyyə sədri baş bəlasına çevrilib - ŞİKAYƏT
- 3-05-2017, 12:48
- 55 263
Ümumiyyətlə, digər məlumatlara görə belə bir addımlar qəsəbə sakinlərinin hiddətinə və haqlı narazılığına səbəb olsa da, hələ də saxta yolla sədr “post”unu daşıyan Albina xanım sakinlərin davamlı etirazlarına məhəl qoymur ki, qoymur. Onu da vurğulamaq yerinə düşər ki, səkkiz nəfər bələdiyyə üzvünün imzası ilə daşıdığı vəzifəsindən uzaqlaşdırılan və adı çəkilən qəsəbədə bir növ “firon”luq edən, həmçinin qeyri-qanuni yolla bugünkü vəzifəsindən “ikiəlli yapışan” Albina Muradxanova, məhz atdığı addımları ilə çoxsaylı sakinləri dövlət-hakimiyyət orqanlarından narazı salmaqda da davam edir. Bələdiyyə üzvləri yazdıqları müraciətlərində onu da bildirirlər ki, “bələdiyyə büdcəsinə daxilolmalar nəticəsində toplanmış 40-45 min manatın taleyi də, hələ ki, müəmmalı olaraq qalmaqdadır. “İpək” yolunun çəkilişi zamanı vətəndaşlara ödənilmiş kompensassiyaların ödənilməsində də, çox ciddi qanun pozuntularına yol verildi. Adicə həyata keçirilən belə bir əməliyyat nəticəsində, bələdiyyə büdcəsinə daxil olan 30 min manatın hara xərclənməsi də aşkar olunmadı. Bələdiyyədə xadimə işləyən işçinin məvacibi düz doqquz aydır ki, verilmir. Xadimənin məvacib tələbi, çox keçmədi ki, ona baha başa gəldi. Yəni, xadimə işi ilə vidalaşmalı oldu”. Digər şikayətçi Nadirquliyev Mövlan Batman oğlunun “Gündəm Xəbər”ə ünvanladığı ərizəsi isə, hələ ki, tərəfimizdən araşdırılmaqdadır. Çatdırılan məlumatlarda əlavə olaraq o da bildirilir ki, Albina Muradxanova tez-tez icra başçısının və bələdiyyələrlə iş üzrə mərkəzin rəhbəri Cavanşir müllimin adından sui-istifadə edir. Yəni, o, özünü daha çox Cavanşir müəllimin kadrı hesab etməklə, hələ ki, “əndazəni aşmaq”da davam edir. Olub keçənlərə diqqət yetirdikdə o da bəlli olur ki, ucqar dağlıq rayonlardan olan Qusarda baş verən belə bir olay, həm bələdiyyə üzvlərinə qarşı hörmətsizlikdir, həm də Albina xanım Muradxanovanın qanunlarımızı tapdaqlar altına atmasıdır. Qarşı tərəfi də dinləyə bilərik. Araşdırmamız davam edəcək.