Yardımlı səhiyyəsində də durum BƏRBADDIR... - "Neçə-neçə rayon sakini baş həkimin bu tələsinə düşüb"
- 27-01-2021, 11:43
- 631
Daha sonra narazı vətəndaş bildirir ki, baş həıkimin işləri bununla yekunlaşmır və onun üçün kəndlərdəki tibb məntəqələri əsas yeyinti ünvanıdır.
Narazı vətəndaşın dia.az-a yazdıqlarından belə anlaşılır ki, pensiya yaşına çatmış xəstələr üçün də baş həkim əlavə "tarif" məyyən edib: "2000—4000 min manat arası pul alaraq onların sənədlərini TSEK komisiyyasından keçirəcəyinə söz versə də, sonradan buna əıməl etməyib. Neçə-neçə rayon sakini baş həkimin bu tələsinə düşüb".
"Bu işdə Rasim Əkbərov, TSEK Nümayəndəsi Ramin Verdiyev və Baş həkimin müavini Mirəbülfəz Məmmədov əsas iştirakçılardır" deyən narazı vətındaş daha sonra dia.az-a yazır: "Bu gün Yardımlı rayon Mərkəzi Xəstəxanasının özünə müalicə lazımdır, ona görə də bura gələn xəstələrin əksəriyyəti sonradan başqa xəstəxanalara müraciət etməli olurlar".
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...