Musa Şəkiliyevin qanunsuz əməlləri... - Uşaqların əyləncəsi üçün nəzərdə tutulmuş maneji ailəsi üçün biznesə çevirib
- 26-01-2021, 09:43
- 1 076
Qax.org.az xəbər verir ki, rayonun mərkəzi parkında – Qax rayonu Aydın Məmmədov küçəsində yerləşən Heydər Əliyev Parkında uşaqların əyləncəsi üçün nəzərdə tutulmuş elektrikli maşınlar olan manejin sahəsini qanunsuz zəbt edən icra başçısı həmin maneji bərpa etmək əvəzinə, orada iki mərtəbəli “Park kafe” adlı çayxana inşa edib. Çayxananın tikinti işləri isə icra başçısının doğma qardaşı Şəkiliyev Eldəniz Şaban oğlunun adına rəsmiləşdirib.
Mövzu ilə bağlı Qax rayon İcra Hakimiyyətinin də mövqeyini işıqlandırmağa hazırıq. //Qax.org.az//