Evi tərk edən koronavirus xəstəsi saxlanıldı
- 25-01-2021, 12:37
- 574
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan və ev şəraitində müalicəyə cəlb edilən rayonun Kiçik Əmili kənd sakini A.Gəncimov sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. O, ictimai məkanda hərəkətdə olarkən polislər tərəfindən saxlanılıb və yaşadığı ünvana geri qaytarılıb.
Həmin şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.