Kürdəmirdə təhsil almaq problemdir - GİLEY
- 7-01-2021, 09:07
- 642
Övladları online təhsil alan Nurəddin Bağırov yaşadığı kənddə internetin zəif olmasından şikayət edir: “3 övladım var, üçü də məktəblidir. Məcbur olub mağazadan 18 ay müddətinə kreditlə 2 ədəd smartfon telefon götürmüşəm. Ayda hərəsinə 20 manata yaxın pul ödəyirəm. Kəndimizdə də internet sürəti çox zəifdir. Buna görə də uşaqların dərslərdə iştirakı üçün ayda 45 manatlıq internet paketi götürürəm. Bu da mənə ayda 85 manata başa gəlir, bu isə əməkhaqqımın üçdə bir hissəsidir.”
Nurəddin Bağırov Kürdəmir rayon Elektrik Şəbəkə İdarəsində fəhlə işləyir. Deyir, ailəm 5 nəfərdən ibarətdir. Əmək haqqımdan başqa dövlət tərəfindən hər hansı bir gəlirim yoxdur.