Koronavirus xəstəsi olan Şabran sakini qaydaları pozdu
- 5-01-2021, 10:45
- 1 026
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, özünütəcrid qaydalarına riayət etməyərək yaşadığı ünvanı tərk edən Şabran rayon sakini Aydın Məmmədov Xaçmaz rayonuna daxil olmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılıb.
Şöbə əməkdaşları tərəfindən qaydaları pozan və sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan A.Məmmədovun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınıb və o, tibbi prosedurlar gözlənilməklə koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdirilib.
Qeyd edilən faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar aparılır