Mingəçevirdə karantini pozan kafe aşkarlandı
- 28-12-2020, 12:06
- 735
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, obyektə baxış zamanı icarədar və müştərilərin karantin qaydalarını pozduqları müəyyən edilib. Həmin şəxslər-kafeni icarə əsasında işlədən Mingəçevir şəhər sakini Fuad Abdullayev və müştərilər Polis Şöbəsinə gətiriliblər.
Onlar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimələniblər.