Şəkidə COVID-19 xəstəsi karantin postunda saxlanılıb
- 21-12-2020, 14:07
- 886
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, sürücü - Oğuz rayon sakini Biruni Hacıyev COVID-19 virusunun daşıyıcısı olduğunu bilə-bilə yaşadığı ünvanı tərk edərək karantin rejimi qaydalarını kobud surətdə pozub. Həmin şəxs polislər tərəfindən tibbi prosedurlar da gözlənilməklə Oğuz rayonu Mollalı kəndində yaşadığı ünvana göndərilib.
B.Hacıyev barəsində Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb.