Tovuzda sahibkarlar HƏDƏFDƏDİR... - NARAZILIQ!
- 21-12-2020, 13:55
- 765
Son iki-üç gündür ki, Tovuz Elektrik Şəbəkəsinin əməkdaşları bizə zəng edib bildirirlər ki, “Texniki baxışla bağlı sizə göndərdiyimiz bildirişləri “ASAN xidmət”ə təqdim edin ki, gəlib trasformatorlarınızı texniki baxışdan keçirə bilək. Onlar trasformatorları texniki baxışdan keçirmək üçün bizdən elə qaydalar tələb edirlər ki, həmin qaydaları həyata keçirmək mümkün deyil. Yəni, Tovuz Elektrik Şəbəkəsi əməkdaşlarının bu yöndə tələbləri, hər birimizin əlavə xərclərə düşməyimizə səbəb olacaq. O halın varlığına diqqət yetirək ki, Tovuz Elektrik Şəbəkənin balansında olan və hal-hazırda kənd sakinlərinin istifadə etdikləri trasformatorlar bu gün elə bərbad haldadır ki, ilk növbədə onların texniki baxışdan keçirilməsinə ehtiyac duyulur. Belə ki, həmin trasformatorlar bərbad halda olmaqla bərabər, eyni zamanda insan həyatı üçün sanki bir təhlükə mənbəyidir. Nədənsə, bu gün Şəbəkənin rəhbərliyində olanlar belə bir halların varlığını görmək istəmirlər və onlar yalnız və yalnız bizə qarşı problemlər yaratmaqla məşğul olurlar.
Onu da qeyd edim ki, şəxsən istifadəmdə olan trasformatorla bağlı bir neçə gündür ki, müəyyən problem əmələ gəlib. Belə bir səbəbdən də, 4 dekabrda “ASAN xidmət”ə müraciət etdim, bununla bağlı tələb olunan məbləğdə ödənişi həyata keçirdim, amma hələ də qarşı tərəfdən bir kimsə gəlib problemi qaydaya salmayıb. Əslində Tovuz Elektrik Şəbəkəsi biz sahibkarlara müəyyən mənada köməklik göstərməlidir ki, bu yöndə fəaliyyətimizi davam etdirə bilək. Onlar isə bizə sanki “quyu qazmaq”la məşğul olurlar”.
Biz də bir redaksiya olaraq onu qeyd etmək istəyirik ki, bu gün ölkəmizdə sahbkarlığın müxtəlif sahələri ilə məşğul olan neçə-neçə şəxslər var ki, onlar həm ölkə iqtisadiyyatının inkişaf etdirilməsində, həm də əhalinin gündəlk ən zəruri mallara olan ehtiyaclarının ödənilməsində yaxından iştrak edirlər. Bundan əlavə, onu da yada salaq ki, cənab Prezidentin 19 mart 2020-ci il tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmışdı. Həmin vaxt Fondun yaradılmasında başlıca məqsəd, məhz Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarət idi. Yəni, bu fondun vəsaitlərinin formalaşması mənbələri sırasında dövlət büdcəsi ilə bərabər, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri də yer aldı ki, həmin ödəmələrin həyata keçirilməsində sahibkarlar daha fəallıq nümayiş etdirdilər. O da hər kəsə bəllidir ki, cənab Prezident hər zaman, xüsusilə də ən çətin vaxtlarda hər bir Azərbaycan vətəndaşından öz diqqət və qayğısını əsirgəmir, sahibkarlara, özəl sektorun inkişafına lazım olan dəstəyini də göstərir. Bəli, həmin vxtlarda ölkə sahibkarları öz səylərini, təşəbbüslərini birləşdirdilər, məhz dövlətimizlə həmrəy olduqlarını da nümayiş etdirdilər.
O halda sual oluna bilər ki, görəsən bugünkü gündə Tovuz Elektrik Şəbəkəsinin əməkdaşları sahibkarlıq fəaliyyəti ilə məşğul olan Məmmədov Elnur Şərif oğluna və digər sahibkarlara qarşı belə bir ögey, bir növ düşmən münasibət bəsləmələrinin kökündə nələr durur? Bir tərəfdə ölkə rəhbəri cənab İlham Əliyev sahibkarlara qarşı həssaslıq nümayiş etdirir, yerli vəzifə sahiblərinə lazımi tapşırıqlarını verir, digər tərəfdə isə, yüzlərlə işçinin işlə təmin olunmasına, onların ailə üzvlərinin dolanmasına şərait yaradan sahibkarlar “gözümçıxdıya salınırlar”. Ona görə də sahibkarlıq fəaliyyəti ilə məşğul olan Elnur Məmmədov və digərləri üz-üzə qaldıqları belə bir problemin həllində aidiyyatı dövlət qurumlarından, ələlxüsus ölkə rəhbəri cənab İlham Əliyevdən onlara köməklik göstərmələrini xahiş edirlər.
Mövzunu diqqətdə saxlayacağıq. //araz.az//