Göyçayda yaşadığı ünvanı tərk edən COVİD-19 xəstəsi barədə cinayət işi başlanılıb

Bölgə

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı ünvanı tərk etdiyi aşkar olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, COVİD-19 xəstəsi Tamilla Abdullayeva infeksiya daşıyıcısı olduğu üçün ev şəraitində müalicə alsa da o, digərlərinin də sağlamlığına real təhlükə yaradaraq yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları tərəfindən T.Abdullayevanın olduğu yer müəyyən olunaraq saxlanılıb və yaşadığı evə geri qaytarılıb.

Həmin şəxs barəsində Göyçay RPŞ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanılıb.