Göyçay və Zərdabdan olan COVİD-19 xəstələri Mingəçevirdə karantin postunda saxlanılıblar
- 1-12-2020, 14:07
- 917
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Göyçay şəhər sakini Abidə Yusifova koronavirus xəstəsi olmasına və ev şəraitində müalicə almasına baxmayaraq, qaydaları pozub yaşadığı ünvanı tərk edərək qohumuna məxsus avtomobillə Göyçaydan Mingəçevir şəhərinə gələrək virusun yayılmasına şərait yaradıb.
COVİD-19 virusunun daşıyıcısı olan Zərdab rayon sakini Elvin Məmmədli də Mingəçevir şəhəri ərazisinə daxil olmaq istəyərkən karantin postunda saxlanılıb. Əraziyə həkim briqadası dəvət olunub və həmin şəxslər yaşadıqlara rayonlarda qeydiyyatda olduqları ünvanlara geri qaytarılıblar.
Faktlarla bağlı Polis Şöbəsində araşdırma aparılır.