"İcra hakimiyyəti vəziyyətimdən xəbərdardır" - GİLEY
- 1-12-2020, 13:44
- 847
“Şabran rayonu, Xəlil Əhmədov küçəsində, dəmiryolu xəttinin yaxınlığında daxma tipli evim var. Hazırda havalar soyuyub, amma imkansızlıqdan evə qaz çəkdirə bilməmişəm. Odun olanda yandırır, evi bir balaca qızdırırıq. Vəziyyət o yerə çatıb ki, gündəlik adi çörək almağa imkanım çatmır. Fiziki iş görməyə gücüm yoxdur. Güman edirəm ki, bundan sonra Qarabağ əlili statusu almağım da çətindir”, - Mustafayev şikayətlənir.
Mustafayevlər ailəsinin yaşadığı daxmanın döşəməsi də betondur, evdə qaz olmadığından odun sobasından istifadə edilir. Amma keçmiş döyüşçü deyir ki, odun tapmaqda da çətinlik çəkirlər.
Onun sözlərinə görə, yardım edilməzsə, nə ailəsini, nə də özünü dolandıra biləcək: “İndiyə kimi hər yerə müraciət etmişəm, ancaq müraciətimə baxan olmayıb. Nə edəcəyimi, kimin qapısını döyəcəyimi bilmirəm. Heç olmasa evimə qaz çəksəydilər, qışda soyuqdan donmazdıq”.
Mustafayev, əlaqədar orqanlardan ona köməklik etməsini, dövlət tərəfindən yardım ayrılmasını xahiş edib: “Fiziki imkanım yol versəydi, ikinci dəfə döyüşlərə qatılardım. Amma çarəsiz durumdayam. İcra hakimiyyəti vəziyyətimdən xəbərdardır. Qarşıdan qış gəlir, necə dolanacağımı bilmirəm”.