Zaqatalada COVID-19-u “məhv edən” icra başçısı koronavirusa yoluxdu - VİDEO
- 23-11-2020, 12:58
- 562
Yenicag.az xəbər verir ki, Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə koronavirusa yoluxub.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadənin qardaşı olan Mübariz Əhmədzadə rayonda COVID-19-a qarşı “spesifik” mübarizə tədbirləri ilə seçilirdi.
Onun tapşırığına əsasən rayonda yoluxma statistikasına “xələl gəlməməsi” üçün Zaqatalada koronavirus testlərinin sayı minimuma endirilib. Eyni zamanda, onun göstərişinə uyğun olaraq, vəziyyəti nisbətən yüngül olan xəstələri tez-tələsik evlərinə göndərirlər.
Bu absurd qərarların yeganə məqsədi isə Əhmədzadənin yuxarılara hesabat verərkən, “rayonda bütün tədbirlər yüksək səviyyədədir” deyə bilməsi üçündür.
Amma göründüyü kimi, bu “yüksək tədbirlər” icra başçıs
nın özünü belə koronavirusdan qorumaq gücündə olmayıb.