Yeni icra başçısı daha bir vəzifəli şəxsi İŞDƏN ÇIXARDI

Bölgə

Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov daha bir vəzifəli şəxsi işdən çıxarıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, Elmir Bağırovun əmri ilə, Saatlı rayon İcra Hakimiyyətinin Sektor müdiri - baş mühasib Quliyeva Bəyim Əmirxan qızı tutduğu vəzifədən azad edilib.

Onun yerinə hələlik təyinat yoxdur.

Xatırladaq ki, Elmir Bağırov avqust ayının 24-də Prezident İlham Əliyevin Sərəncamı ilə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.