Ağdamın icra başçısına qarşı ittiham
- 21-09-2020, 09:27
- 1 013
DTX-nın “qara maskalı”larının çoxlarının yuxusunu ərşə çəkdiyi bu zamanlarda V.Həsənovun bir “MTN sevdalısı” olduğunu xatırlamamaq günah olardı.Belə ki, cumhuriyyet.az yerli mediada yayılan məlumatlara istinadən bildirir ki, hələ Xəzər rayonunda icra başçısının müavini olarkən V.Həsənov MTN-in Antiterror Mərkəzinin müavini olmuş, həbsdə intihar etdiyi deyilən İlqar Əliyevə 2 mərtəbəli mağaza bağışlayıb. Bununla bağlı cumhuriyyet.az-a verilən məlumata görə, Mərdəkan qəsəbəsinin girəcəyinin solunda, hazırda “Embawood” şirkətinin icarəsində olan 2 mərtəbəli mağaza MTN-in Antiterror Mərkəzinin müavini olmuş İlqar Əliyevə Xəzər RİH başçısının müavini Vaqif Həsənov tərəfindən inşa edilib. Bina Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov vasitəsilə rəsmiləşdirilərək bağışlanıb. Beləliklə, iki müavin birləşib MTN-çi İ.Əliyevə bina bağışlayıb. . Bu fakt bir müddət əvvəl vəkil Ramiz Zeynalovun irihəcmli məqaləsində öz əksini tapıb və qarşı tərəfdən heç bir təkzib olunmayıb.
V.Həsənovun “Youtube” kanalında,sosial şəbəkələrdə izlənmə rekordları qıran səs yazısı da onun karyerasının qaranlıq səhifələrindən biridir. Həmin səs yazısında Vaqif Həsənov vətəndaşa icra hakimiyyəti tərəfindən torpaq ayrılması və ev tikmək üçün icazənin verilməsi sənədi üçün əvəlcədən 5000 manat rüşvət alır. Səs yazısında vətəndaş “Mersedes” markalı avtomobilini sataraq hələlik pulun 5 min manatını gətirdiyini və yerdə qalanını isə bankdan kredit götürərək gətirib verəcəyini açıq şəkildə deyir. Başçı müavini Vaqif Həsənov isə rüşvət aldığı vətəndaşa narahat olmamağı və ömürlük sənəd verəcəyi vədini verir.
Ümumiyyətlə istər Qaradağ rayonunda,istərsə də Xəzər rayonunda icra başçısının müavini işləyərkən adı daima rüşvət,korrupsiya əməllərində çəkilən V.Həsənovun icra başçısı kimi öz reputasiyasını dəyişəcəyinə inanmaq sadəlövlük olardı. Təəssüf ki, elə belə də oldu. Bu gün eyni əməllər Ağdamda da davam etdirilir. Baxmayaraq kİ, medyada Ağdamın inkişafı ilə bağlı “zəhmətkeş məktubları”na rast gəlinsə də vəziyyət heç də ürəkaçan deyil. Deyilənə görə rayonlarda DTX-nın keçirdiyi əməliyyatlardan sonra V.Həsənovun narahatlığı birə-beş artıb. Hətta tələm tələsik kabinetini də təmir etdirib,zərərli cihazlara qarşı proflaktik işlər gördürüb. Amma, qorxunun əcələ heç bir faydası yoxdur ! //cumhuriyyet.az//