Göygölün başsız icra hakimiyyəti "qonaq evi"ni talayaraq satmaq istəyir - Özbaşınalıq
- 18-09-2020, 10:25
- 994
"Demokratik.Az"-ın məlumatına görə, bir neçə gün öncə sakinlərdən birinin lentə aldığı videogörüntüdən aydın olur ki, böyük bir çən kranla çıxarılaraq evakuatora yerləşdirilir və harasa aparılır. Bundan başqa, gecə saatlarında da hansısa naməlum maşınların içəriyə daxil olaraq nələrisə daşımasına dair iddialar var.
Məlumata görə, "Qonaq ev"i hazırda icra hakimiyyətinin başçısı vəzifəsini yürüdən Turani Əliyevin vasitəsilə özgəninkiləşdirilə, oliqarxlaşmış hansısa şəxsin xüsusi mülkiyyətinə verilə bilər.
(mövzunu araşdırıb əlavə məlumat verəcəyik)
Demokratik.Az